Türkiyəyə gedən rusiyalı turistlərin sayı azalıb

Türkiyəyə gedən rusiyalı turistlərin sayı azalıb Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ölkəyə gələn xaricilər arasında ilk yerdə almanlardır
Turizm
19 İyul , 2015 09:34
Türkiyəyə gedən rusiyalı turistlərin sayı azalıb

Bakı. 19 iyul. REPORT.AZ/ 2015-ci ilin ilk aylarında Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 2 milyon 634 min nəfər olub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ölkəyə gələn xaricilər arasında ilk yerdə almanlardır.

Rusiyalı turistlərin azalması Türkiyə turizminin əsas mərkəzi olan Antalyada ümumi statistikaya da ciddi təsir edib. İlk 5 ayda turist sayında 10 faiz olan geriləmə, iyunda 15 faizə (300 min nəfər) çatıb. Türkiyənin daxili statistikası da göstərir ki, ilin 5 ayında ümumilikdə xarici ziyarətçi sayı 2 milyon 494 minə qədər azalıb.

Türkiyəli turizm mütəxəssisləri isə ümid edirlər ki, rusiyalı turistlər yenə də istirahət məkanı olaraq Türkiyəni seçəcəklər və əvvəlki göstəricilər bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi