​Beynəlxalq turistlərin sayı sürətlə artıb

​Beynəlxalq turistlərin sayı sürətlə artıb Turistlərin ən çox səyahət etdiyi məkan Avropa olaraq qalır
Turizm
19 Dekabr , 2014 11:26
​Beynəlxalq turistlərin sayı sürətlə artıb

Bakı. 19 dekabr. REPORT.AZ/ 2014-cü ilin sonuna beynəlxalq turizm səyahətlərinə çıxanların sayı 1.1 milyard nəfərə çatacaq.

"Report" xəbər verir ki, bu haqda Ümumdünya turizm təşkilatının "Dünya turizminin barometri" adlı məruzəsində deyilib. Sənəddə qeyd olunur ki, cari ilin yanvarından oktyabr ayınadək, ötən illə müqayisədə, turist axını 978 milyon nəfərə çatmışdır. Bu isə ötən ilki göstəricidən 45 milyon nəfər çoxdur. "Hazırkı tendensiya davam edərsə, 2014-cü ilin sonuna bu göstəricilər rekord həddə çatacaq", - deyə adı çəkilən təşkilatın Baş katibi Taleb Rifahi bildirib. Ekspertlər belə qənaətdədilər ki, bu ilin sonuna qədər turizm səyahətlərinə çıxanların ümumi sayı 1,1 milyard nəfərə çatacaq. Turistlərin ən çox səyahət etdiyi məkan Avropa olaraq qalır. Cari ilin yanvarından oktyabr ayının sonunadək Avropaya gələn turistlərin sayı 4% artıb. Lakin, bütün Avropa ölkələri bu baxımdan heç də populyar olmayıblar. Belə ki, Şimali Avropaya və Aralıq dənizi hövzəsi ölkələrinə beynəlxalq turistlərin axını ötən illə müqayisədə 7% artdığı halda, Mərkəzi və Şərqi Avropa ölkələrinə turistlərin gəlişində staqnasiya, yəni 0% artım müşahidə olunub.

Afrikada bu artım 3%, Amerika qitəsində isə 8% olub.

Son xəbərlər

Orphus sistemi