Turistlərin Azərbaycanın cənub bölgəsinə marağı artıb

Turistlərin Azərbaycanın cənub bölgəsinə marağı artıb 2016-cı il ərzində Lənkərana ən çox Rusiya və İrandan turistlər gəlib
Turizm
25 İyul , 2016 00:55
Turistlərin Azərbaycanın cənub bölgəsinə marağı artıb

Bakı. 25 iyul. REPORT.AZ/ Turistlərin Azərbaycanın cənub bölgəsinə marağı artıb. Bu barədə "Report"un cənub bürosuna Lənkəran Turizm İnformasiya Mərkəzinin rəhbəri İlqar Əzimov məlumat verib.

İ. Əzimovun sözlərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “Evronews” telekanalı arasında aparılan əməkdaşlıq çərçivəsində cənub bölgəsində çay ənənələrinin təbliğ olunması ilə bağlı hazırlanan sujetdən sonra Lənkəranda, habelə Astarada olan çay plantasiyalarına və çayçılığa maraq artıb.

"Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Lənkəranın və ümumiyyətlə cənub bölgəsinin turizm potensialıının təbliği və tanıtımı sahəsində aparılan işlər davam edir. Belə ki, son iki həftə ərzində Lənkəran TİM tərəfindən Rusiya, Almaniya, BƏƏ və Ukraynadan olan turistlər üçün Lənkəran, Astara və Lerik rayonlarına maraqlı gəzinti turları təşkil olunub. Rusiyadan və Almaniyadan olan turistlər Lənkəran TİM-ə internet vasitəsi ilə müraciət edərək çay plantasiyasına gəzinti təşkilində köməklik göstərilməsini xahiş ediblər. Onların bu istəyi təmin olunub.

Gəzinti zamanı yeni inşa olunan “Astara çay”çayçılıq fabriki ilə razilığa əsasən fabrikdə turistlər üçün maraqlı tanıtım turu keçirilib. Burada çayın istehsalı prosesi turistlərə əyani olaraq göstərilib. Bununla yanaşı Lənkəran, Astara və Lerikin zəngin təbiəti, mədəniyyəti, flora və faunası barədə məlumatlar verilib. Hirkan Milli Parkına, bölgənin turizm baxımından görməl yerlərinə gəzintilər təşkil olunub". – deyə İlqar Əzimov bildirib.

Turdan razı qalan turistlər növbəti ildə də belə turlarda iştirak etmək arzularını bildiriblər.

Lənkəran Turizm İnformasiya Mərkəzinin rəhbəri əlavə edib ki, 2016-cı il ərzində Lənkərana ən çox Rusiya və İrandan turistlər gəlib. Əcnəbi turistlər arasında Avropa ölkələrindən Almaniyadan olan turistlər üstünlük təşkil edib. "Ümumiyyətlə 2016-cı ilin 6 ayı ərzində Lənkərana gələn turistlərin sayı 8 mini ötüb ki, onların da 14%-ni əcnəbi turistlər təşkil edib. Statistik rəqəmlər göstərir ki, 2015-ci ilin müvafiq dövrü ilə müqaisədə turstlərin ümumi sayı və o cümldən əcnəbilərin sayı 15% faiz artıb". – deyə İlqar Əzimov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi