Yuxarı

Tbilisidə Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb

Sərgi çərçivəsində xalçaçılıq sənətinin sirlərini öyrənmiş məktəbli qızlar öz bacarıqlarını nümayiş etdiriblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Milli Kitabxanasında Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb.

“Əldə toxunmuş Azərbaycan xalçaları - ənənənin qorunması” adlı layihə çərçivəsində təşkil olunmuş sərgidə 40-a yaxın əl ilə toxunmuş xalça nümunələri, Azərbaycan və Gürcüstan yazıçılarının əsərləri, ermənilərin azərbaycanlılara, türklərə və gürcülərə qarşı törətdikləri terror aktlarından bəhs edən tarixi kitablar, misgərlik nümunələri, Azərbaycan musiqi alətləri, azərbaycanlı rəssamların əl işləri nümayiş etdirilib.

Sərgi çərçivəsində xalçaçılıq sənətinin sirlərini öyrənmiş məktəbli qızlar öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi ilə Gürcüstan parlamentinin Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə mədəniyyət sahəsində əməkdaşlıq, birgə mədəni tədbirlərin təşkili və s. məsələlər nəzərdə tutulub.

Sərginin açılışında Azərbaycanın bu ölkədəki səfirliyinin, Gürcüstanın Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi