Tanınmış sirk ustası: "Bakı Şopinq Festivalı müxtəlif ölkələrdən turist cəlb etmək üçün əla ideyadır"

Tanınmış sirk ustası: "Bakı Şopinq Festivalı müxtəlif ölkələrdən turist cəlb etmək üçün əla ideyadır" Üzeyir Novruzov: "Şopinq Festival turistlər üçün bir bayramdır"
Turizm
29 Aprel , 2017 12:18
Tanınmış sirk ustası: Bakı Şopinq Festivalı müxtəlif ölkələrdən turist cəlb etmək üçün əla ideyadır

Bakı. 29 aprel. REPORT.AZ/ "2017-ci ildə Bakıda ticarət festivalının keçiriləcəyini öyrənəndə sözün yaxşı mənasında təəccübləndim. Düşünürəm ki, bu, Bakıya dünyanın müxtəlif ölkələrindən turist cəlb etmək üçün əla ideyadır. Turist axını isə ölkə iqtisadiyyatının yüksəlməsi deməkdir”.

Festivalın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu tanınmış sirk ustası Üzeyir Novruzov deyib.

Ü.Novruzov qeyd edib ki, Şopinq Festival öz növündə turistlər üçün bir bayramdır. “Əyləncə və konsertlərlə zəngin olan bu bayramda alış-veriş etmək və əlbəttə ki, bizim dadlı Azərbaycan mətbəxindən dadmaq, sonda isə çayxanada çay süfrəsinə qonaq olmaq olar. Azərbaycanlı olmağımla fəxr edirəm və hamıya Azərbaycana səfər etməyi tövsiyə edirəm. Hətta dünya üzrə qastrol səfərlərimdən sonra belə hər dəfə Bakıda olanda simasını dəyişən şəhərimizə heyran qalıram. Mən Amerikada Azərbaycan haqqında tez-tez eşidirəm. Bakıda olan və ya ora səyahət etməyə hazırlaşan insanlara rast gəlirəm. Onlar bizim füsunkar ölkəmizə səfərləri və xalqımızın qonaqpərvərliyi haqqında böyük heyranlıqla danışırlar. Ola bilsin ki, bu, Avroviziya, İlk Avropa Oyunları və “Formula-1” Avropa Qran-prisi kimi irimiqyaslı tədbirlərin keçirilməsi ilə əlaqədardır. Bu cümlələri oxuyan hər kəsə məsləhət görürəm ki, Azərbaycana səfər etsinlər. Əminəm, peşman olmayacaqsınız".

Ü.Novruzov bildirib ki, növbəti Bakı Şopinq Festivalında iştirak etməyə çalışacaq.

Qeyd edək ki, Amerikada “Azərbaycanlı Çarli Çaplin” kimi tanınan “America’s Got Talent” istedadlar müsabiqəsinin finalçısı Ü.Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Son xəbərlər

Orphus sistemi