Səfirliyin müşaviri: "Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayında azalma var"

Səfirliyin müşaviri: "Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayında azalma var" "Terror hücumları Türkiyənin turizm sektoruna cüzi təsir edib"
Turizm
24 Noyabr , 2015 13:44
Səfirliyin müşaviri: Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayında azalma var

Bakı. 24 noyabr. REPORT.AZ/ "Türkiyədə terror hücumları səbəbiylə turizm sektorunda bəzi problemlər yaranmışdı, amma bu, elə də ciddi deyildi. Bu il bu sahədə azalma cəmi 1,33% təşkil edib".

"Report" xəbər verir ki, bu sözləri Türkiyə səfirliyinin mədəniyyət və turizm üzrə yeni müşaviri Murat Karaçanta deyib.

Onun sözlərinə görə, turizm sektorunda geriləmə yalnız Türkiyədə deyil, bütün dünyada müşahidə olunur.

M.Karaçanta eyni zamanda Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayında azalma olduğunu da qeyd edib: "Bu il Türkiyəyə təxminən 490 min turistlər gəlib. Hərçənd ötən il bu göstərici 650 min nəfərə yaxın idi. Türkiyədə istirahət üçün hər şey mövcuddur. Biz bu istiqamətdə çalışırıq. Azərbaycanda kurort məkanlarımızn reklamını təşkil etməyi planlaşdırırıq".

M.Karaçanta, həmçinin turizm əlaqələrinin inkişafı üçün birbaşa nəqliyyat əlaqələrinin artırılmasının vacibliyini də bildirib. Bu baxımdan, o, hər iki ölkənin vətəndaşlarına asanlıqla qonşu ölkəyə keçməyə imkan yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi önəmini xüsusi qeyd edib.

Müşavir, eyni zamanda türkiyəli turizm ekspertlərinin Azərbaycanın bu sahədə çalışan işçilərinə təkcə Bakıda yox, həm də regionlarda treninqlər keçirməyi planlaşdırdığını deyib.

Son xəbərlər

Orphus sistemi