Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib Təşkilatın bu gün Astanada keçirilən 17-ci sammiti başa çatıb
Turizm
9 İyun , 2017 17:16
Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Astana. 9 iyun. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu gün Astanada keçirilən 17-ci sammiti başa çatıb. 

"Report"un xüsusi müxbirinin məlumatına görə, tədbirdə təşkilata sədrlik Qazaxıstandan Çinə keçib. 

ŞƏT-ə üzv dövlətlərin başçıları müşahidəçi dövlətlər və dialoq üzrə tərəfdaşlarla müxtəlif planlı qarşılıqlı əməkdaşlıq əlaqələrinin gələcəkdə də genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Onlar ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarının daha mühüm istiqamətləri, o cümlədən Əfqanıstan, Yaxın Şərq, Şimali Afrika və Ukraynada da daxil olmaqla, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar. 

Bundan əlavə, sammitdə təşkilat çərçivəsində birgə layihələrin maliyyələşdirilməsi üçün ŞƏT-in inkişaf bankı və inkişaf fondunun yaradılmasına dair məsələnin müzakirəsinin ekspertlər səviyyəsində davam etdirilməsinin vacibliyi vurğulanıb. Prezidentlər həmçinin nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlığın təkmilləşdirilməsi, habelə yüksəksürətli magistral yolların, dəmir yolu nəqliyyatının inkişafı, multimodal logistika mərkəzlərinin yaradılması, aparıcı və innovativ texnologiyaların tətbiqi, o cümlədən ümumi maraqlara cavab verən birgə infrastruktur layihələrinin reallaşdırmasını dəstəkləyiblər.

Son xəbərlər

Orphus sistemi