“Şahdağ” Turizm Mərkəzini yay mövsümündə 30 mindən çox turist ziyarət edib

“Şahdağ” Turizm Mərkəzini yay mövsümündə 30 mindən çox turist ziyarət edib Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turistlər, onların da 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib
Turizm
28 Sentyabr , 2016 16:38
“Şahdağ” Turizm Mərkəzini yay mövsümündə 30 mindən çox turist ziyarət edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Şahdağ” Turizm Mərkəzi sentyabrın 27-dən etibarən 2016-cı il yay mövsümünü bağlı elan edib.

“Repoort” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, dördüncü yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 30 mindən çox olub. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib.

Ümumilikdə əcnəbi qonaqların, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qətər, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdən olan qonaqlar əvvəlki mövsümlərə nisbətən çoxluq təşkil edib. Mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün infoturlar, xarici ölkələrin mətbuat nümayəndələri üçün medaiturlar təşkil olunub.

Qeyd edək ki, mövsümlərarası dövrdə mərkəzdəki beşulduzlu “Şahdağ Hotel və Spa” ilə yanaşı regionun ən böyük SPA mərkəzi xüsusi sağlamlıq və bərpaedici detoks proqramı ilə qonaqların ixtiyarında olacaq. Artıq hazırlıqlarına start verilmiş qış mövsümünün açılışı isə ənənəvi olaraq dekabrın əvvəllərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi