Şahdağ Turizm Mərkəzi tender keçirir

Şahdağ Turizm Mərkəzi tender keçirir Tenderdə iştirak haqqı 250 manatdır
Turizm
2 Mart , 2017 09:05
Şahdağ Turizm Mərkəzi tender keçirir

Bakı. 2 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC mətbəx avadanlıqlarının satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 13-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 20-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanına təqdim etməlidirlər.

Təkliflərə aprelin 21-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi