“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edib

“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edib Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək
Turizm
14 Dekabr , 2016 13:00
“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edib

Bakı. 14 dekabr. REPORT.AZ/ “Şahdağ” Turizm Mərkəzi  2016-2017-ci il qış mövsümünü açıq elan edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, dekabr ayının 15-dən etibarən turizm mərkəzi yeni mövsümə başlayır.

Sayca beşinci olacaq bu qış mövsümü üçün bütün texniki hazırlıq işləri başa çatdırılmış, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətirilib.

Hər il olduğu kimi bu il də xizəkçilik üstünlük təşkil etsə də, aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə – ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, paraplan və atıcılıq kimi yeni qış əyləncələri də hazırlanmışdır. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək.

Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.

Son xəbərlər

Orphus sistemi