Rusiyanın kurort zonasında turistlər üçün vergi tətbiq olunacaq

Rusiyanın kurort zonasında turistlər üçün vergi tətbiq olunacaq Şimali Qafqaz Nazirliyi Rusiya hökumətinə təklif göndərib
Turizm
11 Sentyabr , 2015 18:38
Rusiyanın kurort zonasında turistlər üçün vergi tətbiq olunacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Şimali Qafqaz Nazirliyi Rusiya hökumətinə “Qafqaz Mineral Suları”nda istirahət etmək üçün “İstirahət haqqı”nın tələb edilməsi üzrə təklif göndərib.

“Report” bildirir ki, bu barədə nazir müavini Andrey Reznikov "RİA Novosti"yə müsahibəsində deyib.

Ötən ilin oktyabr ayında bir neçə senator kurort sahəsinə gələn insanlara turist vergisinin tətbiqi üzrə qanun layihəsi hazırlayıb. Rusiya prezidenti Vladimir Putin “istirahət haqqı”nın tətbiqindən turizm infrastrukturunun inkişafı üçün əldə olunacaq gəlirin mümkünlüyünü araşdırmağı kabinetə tapşırıb.

Son xəbərlər

Orphus sistemi