Yuxarı
    Bağlamaq

    ​Qüds şəhəri İslam turizminin paytaxtı elan olunub

    Nominantlar iştirakçı ölkələr tərəfindən təklif olunan şəhərlərin arasından seçilib

    Bakı. 3 dekabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Amin Madani elan edib ki, Əl-Qüds əş-Şərif və Türkiyənin Konya şəhəri müvafiq olaraq 2015 və 2016-cı illərdə İslam turizminin paytaxtları seçilib.

    "Report" xəbər verir ki, İƏT-in Ticari-iqtisadi əməkdaşlıq üzrə daimi komitəsinin İstanbulda keçirilən iclasında çıxış edən Madani xatırladıb ki, cari ilin iyun ayında Cakartada turizm nazirlərinin koordinasiya müşavirəsində növbəti iki il ərzində İslam turizminin paytaxtı olacaq şəhərlərin müəyyən edildiyini bildirib.

    Təşkilatın rəsmi məlumatına görə, nominantlar iştirakçı ölkələr tərəfindən təklif olunan şəhərlərin arasından seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi