Qətər təyyarə ilə səyahət edən turistlər üçün əlavə rüsum tətbiq edib

Qətər təyyarə ilə səyahət edən turistlər üçün əlavə rüsum tətbiq edib Dekabrın 1-dən etibarən sərnişinlər əlavə 10 dollar ödəməli olacaqlar
Turizm
29 Avqust , 2016 13:36
Qətər təyyarə ilə səyahət edən turistlər üçün əlavə rüsum tətbiq edib

Bakı. 29 avqust. REPORT.AZ/ Qətərin Hamad Beynəlxalq Hava Limanı sərnişinlər üçün yeni qayda tətbiq edib. "Report"un "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-dən etibarən sərnişinlər tranzit uçuşlar da daxil olmaqla, bu aeroportdan istifadə edərkən 10 dollar rüsum ödəməli olacaqlar. 

Qeyd edilir ki, bu tədbir iqtisadiyyatın inkişafına və məhdud həcmdə xərclərinə təsir edən neftin qiymətinin düşməsindən sonra, Körfəz ölkələrinin gəlirini artırmağa kömək edəcək.

10 dollar həcmində rüsum biletlərin dəyərinə əlavə ediləcək. 2 yaşdan kiçik uşaqlara bu qayda tətbiq edilməyəcək.

Qeyd edək ki, bir il əvvəl müvafiq qərar dünyanın ən sıx hava limanlarından biri olan Dubayda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi