Yuxarı

"Qatar Airways" yeni endirim kampaniyasına başlayıb

Bu endirim aksiyası dekabrın 6-dək davam edəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ "Qatar Airways” aviaşirkəti Yeni İl bayramı ərəfəsində növbəti qısamüddətli endirim kampaniyasına başlayıb. Şirkətdən "Report"a verilən məlumata görə, dünyanın 150-dən çox istiqamətini Bakıya yaxınlaşdıran “Qatar Airways” bu dəfə Dubay, Banqkok, Kolombo, Seul, Şanxay, Sidney, Pxuket kimi bir sıra istiqamətlərə 30%-ə qədər endirim tətbiq edir.

Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways”in satış ofislərindən, rəsmi veb-saytından (www.qatarairways.com), habelə turizm agentliklərindən əldə edə bilərlər.

Bu kampaniya çərçivəsində bilet satışı 30 noyabr - 6 dekabr tarixləri arasında alınmalı, uçuşlar isə 2016-cı il martın 31-dək həyata keçirilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi