Yuxarı

Azərbaycanda qədim pul vahidləri yenidən sərgilənəcək

Reekspozisiyanın həyata keçirilməsi planlaşdırılır

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu il "İçərişəhər" Tarix Muzeyinin numizmatika ekspozisiyasında reekspozisiyanın həyata keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yanında Elmi-mədəni mərkəzin baş elmi işçisi, numizmat Qənirə Pirquliyeva məlumat verib.

O bildirib ki, reekspozisiya dedikdə muzeyin müvafiq fonduna 2011-ci ildən sonra daxil olan yeni eksponatlarla daha da zənginləşdirilməsi və müəyyən mövzu ətrafında bir qədər fərqli ekspozisiyanın yaradılması, yəni materiallara başqa bir kontekstdən baxılması nəzərdə tutulur: "Təkcə Azərbaycan dövlətçiliyi yox, ola bilsin ki, digər maraqlı mövzularla bağlı da eksponatlar sərgilənsin. Gələn ziyarətçi və turistləri başqa bir aspektdən Azərbaycan dövlətçiliyinin atributu olan sikkələrlə tanış etmək niyyətindəyik".

Q.Pirquliyeva həmçinin qeyd edib ki, əsas məqsəd yeni və müasir tələblərə uyğun ola biləcək, maraqlı bir tarixi mövzunu sikkələr vasitəsilə ekspozisiyada sərgiləməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi