Yuxarı
    Bağlamaq

    Tacikistanda beynəlxalq sahibkarlıq forumu və sənaye yarmarkası açılacaq

    Azərbaycanlı sahibkarlar tədbirlərdə iştiraka dəvətlidirlər

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də Tacikistanda  “Düşənbə 2016” adlı beynəlxalq sahibkarlıq forumu keçiriləcək.

    “Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forumda iştirak etmək üçün oktyabrın 1-dən qeyddiyyatdan (www.forumtajikistan.tj) keçmək lazımdır.

    Eyni zamanda oktyabrın 24-dən 31-dək Düşənbədə "X Beynəlxalq Sənaye Yarmarkası və Əməkdaşlıq Birjası" adlı tədbir baş tutacaq.

    Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirlərdə iştiraka dəvətlidirlər.

    Tədbirlər haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi