Yuxarı
    Bağlamaq

    Noyabrda Bakıda beynəlxalq əmlak və investisiya sərgisi keçiriləcək

    Hazırda ƏMDK sərgi ilə bağlı müvafiq işlər həyata keçirir© Report

    Bakı. 20 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Kömitəsi (ƏMDK) bu il də Bakıda noyabrın 23-25-i tarixlərində "Baku Expo Center"də böyük əmlak və investisiya sərgisi keçirəcək.

    Komitədən "Report"a verilən xəbərə görə, bu il baş tutacaq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir. Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

    Özəlləşdirilən müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu məqsədlə, komitə tərəfindən sərgidə yaradılacaq povilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elktron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. 

    Bu ilki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin povilyonlarının yaradılması kimi yeniliklərdə nəzərdə tutulur. Belə ki, burada həmin müəssisələrin maliyyə durumu, iqtisadi göstəriciləri, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Bundan başqa, sərgidə komitənin məsləhət xidmətləri də fəaliyyət göstərəcək.

    Hazırda ƏMDK Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni zamanda Azərbaycanın Türkiyədəki səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.

    Qeyd edək ki, ötən ilin noyabrın 22-24-də Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Türkiyə, BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Portuqaliya, Gürcüstan, Macarıstan, Lüksemburq və Kipr olmaqla 11 ölkə iştirak edib. Ümumilkdə isə 91 yerli, 152 beynəlxalq şirkət sərgiyə qatılıb. Bununla belə, 12 ölkənin iştirakçıları layihələrini 5 400 peşəkar ziyarətçiyə təqdim ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi