Nazir: "Budəfəki Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur"

Nazir: "Budəfəki Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur" Əbülfəs Qarayev: "Bu ikinci il üçün normal nəticədir"
Turizm
15 Noyabr , 2017 12:10
Nazir: Budəfəki Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report/ Firi Salim

Bakı. 15 noyabr. REPORT.AZ/ "Əvvəlki Şopinq Festivala nisbətən budəfəki festivalda iştirak edənlərin sayında artım 1,5 və ya 2 dəfə olub".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, ilk Şopinq Festivalına nisbətən bu il festivala gələnlər çoxalıb: "Artıq yerli sakinlər də bu fürsətdən yararlanmağa çalışırlar. Bu ikinci il üçün normal nəticədir. Ümumi alıcıların, iştirakçıların və keçirilən aksiyaların sayı keçən festivala nisbətən təxminən 2 dəfəyə qədər artıb. Biz mövsümlülüyü aradan qaldırmaq üçün festivalı payız və yazda keçirmək qərarına gəldik. Bu da insanların yayda və qışda daha çox istirahətə getməsi ilə bağlıdır."

Son xəbərlər

Orphus sistemi