Yuxarı

Naxçıvana gələn turistlərin sayı 5 faizə yaxın artıb

İl ərzində artıq 328 213 turist gəlib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasına 328 min 213 turist gəlib.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin müvafiq dövründəki saydan 4,8 faiz və ya 15137 nəfər çoxdur.

Qeyd dək ki, ötən il ərzində Naxçıvana 389823 turist gəlib. Turist qismində muxtar respublikadan səyahət edənlərin sayı isə 117 654 nəfər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi