Yuxarı

Mövlud Çavuşoğlu “İTB 2015” sərgisində Azərbaycan stendini ziyarət edib

Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 104 kv.m-lik stend hazırlanıb

Bakı. 5 mart. REPORT.AZ/ Martın 4-dən 8-dək Almaniyanın Berlin şəhərində keçirilən "İTB 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunur.

"Report" nazirliyə istinadən xəbər verir ki, sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 104 kv.m-lik stend hazırlanıb.

Sərgiyə gələn xarici qonaqlar və turistlər Azərbaycan stendini ziyarət edir. Azərbaycan stendini seyr edənlər arasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da olub. Nazirə Azərbaycanın turizm potensialı ilə bağlı məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi