Yuxarı
    Bağlamaq

    Monteneqronun turizm nümayəndə heyəti Azərbaycana səfər edib

    Qonaqlar keçirdiyi görüşlərdə son üç il ərzində Monteneqro ilə Azərbaycan arasında turizm sahəsində görülən işləri yüksək qiymətləndiriblər

    Bakı. 17 mart. REPORT.AZ/ "Monteneqro Hava Yolları"nın kommersiya direktoru Predraq Markoviç, Şərqi Avropa bazarı üzrə kommersiya direktorunun köməkçisi Dalibor Tomiç və Monteneqronun Turizm Təşkilatının direktor müavini Emil Kukalj Azərbaycana səfər ediblər.

    Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan "Report"a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan turizm bazarı ilə tanış olmaq və 2016-cı ilin yay mövsümi ilə əlaqədər uçuşların planlaşdırılması üçün "Azərbaycan Hava Yolları" ilə görüş keçirilməsindən ibarət olub.

    Qonaqlar keçirdiyi görüşlərdə son üç il ərzində Monteneqro ilə Azərbaycan arasında turizm sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

    Qeyd edək ki, "Monteneqro Hava Yolları" artıq 2 ildir yay mövsümündə Bakıdan Tivat ve Podqoritsa istiqamətləri üzrə birbaşa uçuşlar həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi