Yuxarı

"Montenegro Airlines" Azərbaycanla Monteneqro arasında çarter reyslərini bərpa edir

Biletin dəyəri, hoteldə qalma və digər xidmətləri özündə ehtiva edən turpaketin qiyməti 600 avrodan başlayır

Bakı. 23 may. REPORT.AZ/ Monteneqronun "Montenegro Airlines" aviaşirkəti Tivat- Bakı-Tivat çarter reysini açır.

Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan "Report"a verilən məlumata görə, uçuşlar iyunun 21-də açılacaq və sentyabrın əvvəlində başa çatacaq.

Məlumata görə, uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Biletin dəyəri, hoteldə qalma və digər xidmətləri özündə ehtiva edən turpaketin qiyməti 600 avrodan başlayır.

Qeyd edək ki, "Montenegro Airlines" artıq bir neçə ildir ki, Monteneqro ilə Azərbaycan arasında çarter reysləri həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi