Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar hazırlıq işlərini tamamlayıb

Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar hazırlıq işlərini tamamlayıb Mərkəzin iş qrafikində dəyişiklər olub
Turizm
16 May , 2015 19:06
Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar hazırlıq işlərini tamamlayıb

Bakı. 16 may. REPORT.AZ/ Bakıda 12-28 iyun tarixində keçiriləcək I Avropa oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra işlər görülüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyi yayıb.

Bununla əlaqədar Mərkəzin girişində I Avropa oyunlarının stend və bannerləri quraşdırılıb və ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni reklam çap məhsulları hazırlanıb.

Mərkəzdə həmçinin suvenir köşk quraşdırılıb. Eyni zamanda, ölkəmizə səfər edəcək turistlərə və qonaqlara daha yüksək xidmət göstərilməsi üçün Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssislərinə ingilis dili kursları təşkil olunub.

Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21:00-a kimi uzadılıb.

Son xəbərlər

Orphus sistemi