Yuxarı

Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüş təşkil olub

Mədəniyyət və turizm sahəsində layihə və təkliflərin nazirliyə təqdim olunması müzakirə edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın sədri Şahin Seyidzadə, «Xan Şuşinski» Fondunun prezidenti Bəyimxanım Verdiyeva, «Mədəni İnkişaf Mərkəzi» ictimai birliyinin sədri Gəray Əlibəyli, "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinin sədri Fərhad Abdulovilə nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektoru arasında ikitərəfli görüşlər təşkil olunub.

"Report" xəbər verir ki, görüşlər zamanı QHT nümayəndələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli qərari ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" və sözügedən Qaydanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23 yanvar 2015-ci il tarixli, 24 nömrəli Əmri ilə yaradılan Müsabiqə Komissiyası barədə məlumatlandırılıblar.

Sözügedən görüşlərdə QHT nümayəndələri ilə fikir mübadiləsi aparılıb, mədəniyyət və turizm sahəsində layihə və təkliflərinin nazirliyə təqdim olunması müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi