Yuxarı
    Bağlamaq

    Mədəniyyət və Turizm Nazirliyi bəzi mehmanxanalara dərəcə sertifikatları verib

    Ölkə ərazisində 89 təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlər qeydə alınıb

    Bakı. 1 iyul. REPORT.AZ/ Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparıb.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Nazirlik iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verib.

    Bakı şəhərində "Qafqaz Baku City Hotel & Residences", "Premier Expo Hotel", Lənkəran şəhərində
    "Luxe Lankaran Hotel", Astaradakı "Şindan", Balakəndə fəaliyyət göstərən "Qubek" mehmanxanaları 4 ulduz sertifikatı alıblar. 
    Şəkidəki "Küngüt" və Zaqatala şəhərindəki "İS Hotel" mehmanxanasına 3 ulduz verilib. 

    Qeyd edək ki, ölkə ərazisində 89 təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi