​MAU aviabiletlərə endirim elan edib

​MAU aviabiletlərə endirim elan edib Aviaşirkətin yaradılmasının 23 illiyinə həsr olunan aksiya keçirilir
Turizm
12 Noyabr , 2015 17:52
​MAU aviabiletlərə endirim elan edib

Bakı. 12 noyabr. REPORT.AZ/ "Ukrayna Beynəlxalq HavaYolları" (MAU) aviaşirkəti noyabrın 25-də qeyd ediləcək 23 illiyi ilə əlaqədar güzəşt kampaniyasına başlayıb.

"Report"un MAU-ya istinadən verdiyi xəbərə görə, bu münasibətlə şirkət sərnişinlərinə uçuş tariflərində 23% endirim təklif edir. Şirkətin şərtlərinə əsasən, sərnişinlər noyabrın 26-dək aksiyaya çıxarılan biletləri bronlaşdıra bilərlər.

Qeyd edək ki, bu uçuşlar 2016-cı il yanvarın 18-dən iyunun 22-dək həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi