Yuxarı

​İsveçdə təyyarə-hostel istifadəyə verilib

Jumbo Stay Hostel birbaş uçuş-eniş zolağının üzərində yerləşir

Bakı. 16 noyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda turistlər üçün "Boeing 747-212B" təyyarəsinin gövdəsində düzəldilmiş "Jumbo Stay Hostel" istifadəyə verilib.

"Report" xəbər verir ki, hosteldə 29 nömrə var və onların əksəriyyəti 4 ikiyaruslu çarpayı ilə təchiz edilib.

"Jumbo Stay Hostel"in bütün nömrələrində televizor və ümumi tualet və duş kabinəsinə çıxış var. Arzu edənlər böyük çarpayıları və fərdi vanna otağı olan lüks sinifli nömrələr sifariş edə bilərlər.

"Jumbo Stay Hostel" birbaş uçuş-eniş zolağının üzərində yerləşir. Lakin müştərilərin narahatçılığına heç bir səbəb yoxdur, çünki təyyarə etibarlı şəkildə asfalt örtüyünə bərkidilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi