İstanbulda “Türkiyə İnnovasiya Həftəsi 2016” keçiriləcək

İstanbulda “Türkiyə İnnovasiya Həftəsi 2016” keçiriləcək Tədbir Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi və Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə baş tutacaq
Turizm
29 Sentyabr , 2016 20:09
İstanbulda “Türkiyə İnnovasiya Həftəsi 2016” keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi və Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə bu il dekabrın 8-10-da İstanbul şəhərində “Türkiyə İnnovasiya Həftəsi 2016” keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, “Türkiyə İnnovasiya Həftəsi 2016"nın tərəfdaşları arasında “Türk Hava Yolları”, “Türkiyə iqtisadiyyat Bankı”, “Türkcell”, “Sabançı Holdinq” və “Arçelik” kimi tanınmış şirkətlər yer alıb. Bu tədbir incəsənətdən texnologiyaya, səhiyyədən elmə qədər innovasiya-əsaslı sahələri təmsil edən yerlivə xarici iş adamlarını, müxtəlif institut, təşkilatları bir araya gətirən platformadır.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar “Türkiyə İnnovasiya Həftəsi 2016”da iştiraka dəvətlidirlər. 

Tədbir haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi