Yuxarı

İstanbulda meşə məhsulları, taxta işləmələri və alətlər sərgiləri keçiriləcək

Proqramda iştirak etmək istəyən Azərbaycan şirkətləri sentyabrın 14-dək ASK-ya müraciət edə bilərlər

Bakı. 19 avqust. REPORT.AZ/ Oktyabrın 8-11-də INTERMOB XVIII Beynəlxalq meşə məshulları və taxta işləmə texnologiyaları və XXVIII Beynəlxalq taxta işləmə dəzgahları, kəsici dəst və alətlər sərgiləri keçiriləcək.

“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən xəbər verir ki, sərgilər İstanbul Mədən və Metal İxracatçıları Birlikləri (İMMİB) Baş Katibliyinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə iştirakın əsas istiqamətləri brifinq, ikitərəfli görüş, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərlə görüşməkdən ibarətdir. Şirkət təmsilçilərinin səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) təşkilatçılar tərəfindən qarşılanacaq.

Proqramda iştirak etmək istəyən Azərbaycan şirkətləri sentyabrın 14-dək ASK-ya müraciət edə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi