Yuxarı

İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndələrinin görüşü olacaq

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və TÜRSAB-ın birgə təşkilatçılığı ilə baş tutacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 22-də İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin və mehmanxanalarının yüzə yaxın nümayəndəsinin iştirakı ilə təqdimat və ikitərəfli biznes görüşlər keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin nüfuzlu turizm təşkilatı olan TÜRSAB-ın birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, Türkiyənin turizm şirkətləri, mehmanxanalar və muzeyləri özündə birləşdirən TURSAB turizm təşkilatının 9000-dən artıq üzvü var və artıq uzun müddətdir həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Azərbaycan Turizm Assosiasiyası ilə adıçəkilən təşkilat arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi