İranda "Beynəlxalq Un və Un Məmulatları Sənayesi" sərgisi olacaq

İranda "Beynəlxalq Un və Un Məmulatları Sənayesi" sərgisi olacaq Eyni vaxtda Tehranda "Beynəlxalq Balıqçılıq və Dəniz Məhsulları Sənayesi" sərgisi də baş tutacaq
Turizm
28 Noyabr , 2016 19:45
İranda Beynəlxalq Un və Un Məmulatları Sənayesi sərgisi olacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ İranın Tehran şəhərində X “Beynəlxalq Un və Un Məmulatları Sənayesi” sərgisi keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sözügedən sərgi dekabrın 6-dan 9-dək davam edəcək.

Eyni zamanda qeyd olunan tarixlərdə Tehranda “I Beynəlxalq Balıqçılıq və Dəniz Məhsulları Sənayesi” sərgisi də baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgilərdə iştiraka dəvət olunublar.

Sərgilər haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi