Yuxarı

​İlin əvvəlindən Gürcüstana təxminən 600 min Azərbaycan vətəndaşı səfər edib

Bu əvvəlki illərlə müqayisədə 8,5% çoxdur

Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin yanvarından iyun ayına qədər Gürcüstana 580,878 nəfər Azərbaycan vətəndaşı səfər edib və bu da əvvəlki illlərlə müqayisədə 8,5% çoxdur. Bu barədə "Report" Gürcüstan Daxili İşlər nazirliyinin digər ölkə vətəndaşlarının Dövlət sərhəddinin keçməsi ilə bağlı statistik məlumatına istinadən xəbər verir.

Ümumiyyətlə, bu müddət ərzində Gürcüstana 2.332.303 xarici vətəndaş səfər edib. Ən çox Gürcüstana gələnlər arasında qonşu ölkələrin vətəndaşları olub. Bu siyahıya yenə Türkiyə başçılıq edir (605,153 nəfər), ikinci yerdə Azərbaycan vətəndaşlarıdır (580 878 nəfər), üçüncü - Ermənistan (543,810 nəfər), dördüncü isə - Rusiya olub (342 416 nəfər). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi