​İlin əvvəlindən Gürcüstana təxminən 600 min Azərbaycan vətəndaşı səfər edib

​İlin əvvəlindən Gürcüstana təxminən 600 min Azərbaycan vətəndaşı səfər edib Bu əvvəlki illərlə müqayisədə 8,5% çoxdur
Turizm
4 İyul , 2015 18:07
​İlin əvvəlindən Gürcüstana təxminən 600 min Azərbaycan vətəndaşı səfər edib

Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin yanvarından iyun ayına qədər Gürcüstana 580,878 nəfər Azərbaycan vətəndaşı səfər edib və bu da əvvəlki illlərlə müqayisədə 8,5% çoxdur. Bu barədə "Report" Gürcüstan Daxili İşlər nazirliyinin digər ölkə vətəndaşlarının Dövlət sərhəddinin keçməsi ilə bağlı statistik məlumatına istinadən xəbər verir.

Ümumiyyətlə, bu müddət ərzində Gürcüstana 2.332.303 xarici vətəndaş səfər edib. Ən çox Gürcüstana gələnlər arasında qonşu ölkələrin vətəndaşları olub. Bu siyahıya yenə Türkiyə başçılıq edir (605,153 nəfər), ikinci yerdə Azərbaycan vətəndaşlarıdır (580 878 nəfər), üçüncü - Ermənistan (543,810 nəfər), dördüncü isə - Rusiya olub (342 416 nəfər). 

Son xəbərlər

Orphus sistemi