Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları ilk üçlükdədir

Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları ilk üçlükdədir Gürcüstana gələn əcnəbilərin sayı sentyabrda 13% artıb
Turizm
2 Oktyabr , 2015 10:05
Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları ilk üçlükdədir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Cari ilin sentyabr ayında Gürcüstana 568 663 nəfər əcnəbi vətəndaş səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur. "Report"un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu siyahıda birinci yerdə Türkiyə vətəndaşları olub, sonrakı yerlərdə isə Ermənistan, Azərbaycan və Rusiya vətəndaşları qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 4 491 039 nəfər səfər edib ki, bunun da 1 801 018 nəfərini turistlər təşkil edib. Bildirək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə turist sayı 1,6% artıb. Tranzitlə səfər edənlərin sayı 30,9% artaraq 1 807 862-yə çatıb.

Son xəbərlər

Orphus sistemi