Gürcüstanda tikinti materiallarının beynəlxalq sərgisi-satışı təşkil olunacaq

Gürcüstanda tikinti materiallarının beynəlxalq sərgisi-satışı təşkil olunacaq Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər
Turizm
28 Noyabr , 2016 20:55
Gürcüstanda tikinti materiallarının beynəlxalq sərgisi-satışı təşkil olunacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində “Batumi Build 2016” tikinti materiallarının VI beynəlxalq sərgisi-satışı təşkil olunacaq.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sərgi bu il dekabrın 9-dan 12-dək davam edəcək.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgiyə dəvət olunublar.

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi