Yuxarı
    Bağlamaq

    Gələn ay Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək

    Həftə çərçivəsində XXIII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - “WorldBuild Baku 2017” start götürəcək

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - “WorldBuild Baku 2017” öz işinə başlayacaq. 

    Sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətindən "Report"a daxil olan məlumata görə, bununla da, Xəzər İnşaat Həftəsinə start veriləcək.

    Sərgini İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dəstəkləyir. Təşkilatçılar qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

    Builki sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edəcək. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. 

    Builki “WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distribyutorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərgi çərçivəsində Azərbaycan Memarlar İttifaqı ilə birlikdə bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır.

    “WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli kanallardan biridir. “WorldBuild Baku 2017” sərgisində fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası və digər tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi