Yuxarı
    Bağlamaq

    Fransada “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgiyə bələdçi ekskursiyaları təşkil edilib - FOTO

    İştirakçılara Bakının tarixi və mədəni irs abidələri haqqında ətraflı məlumat verilib

    Paris. 17 dekabr. REPORT.AZ/ Reyms şəhərinin “Le Vergeur” muzeyidə Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgisinə izahlı bələdçi ekskursiyaları təşkil edilib.

    “Report”un Fransa bürosu xəbər verir ki, Reyms şəhərinin “Le Vergeur” muzeyi, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı və sərgilər Komissarı Ana Çeyşvilinin bələdçiliyi ilə keçirilən ekskursiyada iştirakçılara Bakının tarixi və mədəni irs abidələri haqqında ətraflı məlumat verilib.

    Azərbaycan paytaxtının Fransada yaxından tanıdılması məqsədilə keçirilən ekskursiya zamanı fransalı fotoqrafın 1896-1898-ci illərdə Bakıda çəkdiyi şəkillərlə bərabər onun müasir inkişafını əks etdirən fotolar da böyük maraqla qarşılanıb.

    Ekskursiyalar fransalılara Azərbaycanı daha da yaxından tanımaq imkanı yaradıb. İpək Yolu üzərində, Xəzər dənizi sahilində yerləşən Bakının tədricən ənənə və müasirliyin birləşdiyi kosmopolit şəhərə çevrildiyini bildirən bələdçi, iştirakçıların ölkəmizin müasir inkişafı, paytaxtın orta əsrlər və müasir memarlıq abidələri, XIX əsrin sonlarında yerli əhalinin gündəlik həyat tərzinə dair suallarını cavablandırıb.

    Sərginin keçirildiyi “Le Vergeur” muzeyi fotoqraf Üq Kraftın şəxsi evi olub. Sərgi 2018-ci il fevralın 4-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi