Əfqanıstanda Kabil Beynəlxalq Kənd Təsərrüfatı sərgisi açılacaq

Əfqanıstanda Kabil Beynəlxalq Kənd Təsərrüfatı sərgisi açılacaq Sərgi oktyabrın 19-dan 21-dək davam edəcək
Turizm
29 Sentyabr , 2016 20:49
Əfqanıstanda Kabil Beynəlxalq Kənd Təsərrüfatı sərgisi açılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin təşkilatçılığı ilə XVII Kabil Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”)“Report”a verilən məlumata görə, Kabil şəhərində baş tutacaq sərgi oktyabrın 19-dan 21-dək davam edəcək.

Sərgi idxalçıları, ixracatçıları, pərakəndə və topdansatış təmsilçilərini, istehsalçıları və digər müvafiq xidmət təklif edən aidiyyəti iş adamlarını bir araya gətirəcək. Ticarət sahəsində aparıcı tədbir sayılan sərgi çərçivəsində məhsulların nümayişi arenası, təkbətək işgüzar görüşlərin, yeni texnologiyaların təqdimatının keçirilməsi nəzərdə tutulub.  Eyni zamanda burada öz məhsullarını Əfqanıstan bazarına çıxarmaq istəyən biznes adamları üçün sponsorluq imkanları da təklif olunacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvət olunublar. 

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi