​Cənubi Qafqazda yeni piyada turizm şəbəkəsi yaradılır

​Cənubi Qafqazda yeni piyada turizm şəbəkəsi yaradılır Layihə 20-dən çox milli parkı əhatə edəcək
Turizm
27 Aprel , 2016 20:30
​Cənubi Qafqazda yeni piyada turizm şəbəkəsi yaradılır

Tbilisi. 27 aprel. REPORT. AZ/ Qərbi Gürcüstanın Tkibuli şəhərində Transqafqaz Piyada Turizmi Assosiasiyasının Cənubi Qafqaz ölkələrini birləşdirəcək piyada turizm şəbəkəsinin yaradılması ilə bağlı hazırladığı yeni layihənin təqdimatı olub.

"Report" xəbər verir ki, beş ilə başa çatacaq layihə Cənubi Qafqazda 20-dən çox milli parkı əhatə edəcək.

Gürcüstanın Transqafqaz Piyada Turizmi Assosiasiyasının icraçı direktoru Pol Stefans bildirib ki, Gürcüstan hökuməti, Milli Piyada Turizm Federasiyası, Milli Turizm Agentliyi və digər qurumlar layihəni dəstəkləyirlər.

Onun sözlərinə görə, artıq qarşıdan gələn yay aylarından başlayaraq piyada turizm həvəskarları və könüllülər Gürcüstanın yüksək dağlıq ərazilərindən keçməklə Svaneti və Raça bölgələri arasında piyada cığırı aça biləcəklər. Hazırlıq işlərinin Azərbaycanda və digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub. Vahid piyada turizm marşrutu yaradıldıqdan sonra turistlər Qafqazın əsrarəngiz gözəlliyini görmək və mədəni müxtəlifliyini öyrənmək imkanı qazanacaqlar.

Bildirilib ki, bu layihə Cənubi Qafqaz ölkələrinin yüksək dağlıq ərazilərində turizmin inkişafı ilə yanaşı iqtisadi gəlirlərin artmasına da şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi