Yuxarı

​Bakıda beynəlxalq dekor sərgisi keçiriləcək

Sərgidə 80-dən artıq mebel istehsalçısı, distribütor və şirkət iştirak edəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 28-30-da "Baku Expo Center"də "Azerbaijan DecorExpo" adlı sərgi keçiriləcək. “Report” bildirir ki, sözügedən sərgidə Azərbaycan, Türkiyə, Polşa, Belçika, Fransa, İspaniya, İsveçrə, İngiltərə, İran və digər ölkələrdən olan 80-dən artıq mebel istehsalçısı, distribütor və şirkət iştirak edəcək.

Sərgi qeyd edilən tarixlərdə 10.00-18.00-da bütün ziyarətçilər üçün açıq olacaq.

Məlumat üçün qeyd edək ki, sərgi iştirakçıları burada artıq vəsait ödəmədən mebellər əldə etmək imkanı əldə edəcəklər. Sərgi zamanı yeni mebel və interyer kolleksiyalarının təqdimatı keçiriləcək, iştirakçılar hədiyyəli aksiyalar və endirimlər haqqında məlumatlandırılacaq, bonuslar və suvenirlər əldə edə biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi