Yuxarı

​Bakıda BƏƏ-nin turizm potensialı ilə bağlı sərgi təşkil olunacaq

Sərgi sentyabrın 11-də keçiriləcək

Bakı. 22 iyul. REPORT.AZ/ Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) turizm potensialı ilə bağlı sərgi təşkil olunacaq.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, BƏƏ-nin Turizm və Abidələrin Milli Məclisi tərəfindən təşkil olunacaq sərgi Bakıda sentyabrın 11-də baş tutacaq.

Sərginin məqsədi BƏƏ-nin qlobal turist məkanı kimi tanınması və ən maraqlı məkanlarının xüsusi ilə vurğulanmasıdır.

Qeyd edək ki, Bakıdakı sərgi BƏƏ-nin MDB məkanında təşviqi ilə bağlı 7-11 sentyabr tarixlərində keçiriləcək tədbirlər çərçivəsində təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi