Bakı rus turistlərin səyahət etmək istədikləri ən populyar şəhərlər sırasında ikincidir

Bakı rus turistlərin səyahət etmək istədikləri ən populyar şəhərlər sırasında ikincidir Naftalan isə sağlamlıq kompleksləri arasında ən populyar olub
Turizm
21 İyun , 2017 19:53
Bakı rus turistlərin səyahət etmək istədikləri ən populyar şəhərlər sırasında ikincidir

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı qonşu ölkələrə səyahət reytinqində rusiyalı turistlərin yay aylarında getmək istədikləri ikinci şəhər olub. 

"Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat "TurStat" analitik agentliyi tərəfindən açıqlanıb.

Rusiyalı turistlərin səyahət etmək istədikləri şəhərlərin başında Astana yer alıb. Üçüncü sırada isə Minsk qərarlaşıb. Siyahıda ən bahalı şəhər Astana, ən ucuz isə Aşqabad olub. Astanada hoteldə bir günlük gecələmənin orta qiyməti 80 ABŞ dolları, Aşqabadda isə 30 dollar olduğu bildirilib.

Qeyd edək ki, may ayında rusiyalı turistlər arasında qonşu ölkələrin sağlamlıq komplekslərindən ən populyarı Naftalan olub. 

Son xəbərlər

Orphus sistemi