Azərbaycanlı iş adamları Pakistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunublar

Azərbaycanlı iş adamları Pakistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunublar Azərbaycanlı iştirakçılar təklif olunan bir sıra xidmətlərdən pulsuz istifadə edə bilərlər
Turizm
7 Fevral , 2017 20:34
Azərbaycanlı iş adamları Pakistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunublar

Bakı. 7 fevral. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində “XI Asiya Plastik, Qablaşdırma və Çap” adlı beynəlxalq sərgi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, sərgi bu il martın 20-22-də baş tutacaq.

Sərgidə iştirak üçün stendin minimum sahəsi 9 kv.m olmalıdır. İştirakçılar stendin hər kv.m üçün 300 ABŞ dolları ödəməlidirlər.

Azərbaycanlı iştirakçılar təklif olunan bir sıra xidmətlərdən pulsuz istifadə edə bilərlər. Bura 5 ulduzlu mehmanxanada 3 gecə/4 gün qalmaq (2 nəfərlik otaq), mehmanxana - Karaçi Ekspo Mərkəzi - mehmanxana arasında nəqliyyat, iştirakçılar üçün rəsmi viza dəvət məktubları və ticarətlə bağlı köməkliklər daxildir. Sözügedən bu təkliflər müraciət edən ilk 100 iştirakçıya tətbiq olunacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər. Tədbirlərdə iştirak etməkdə maraqlı olan yerli iş adamları ətraflı məlumat almaq üçün “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi