Azərbaycanın iş adamları Yaponiyada sərgi və konfransa qatılacaqlar

Azərbaycanın iş adamları Yaponiyada sərgi və konfransa qatılacaqlar Sərgi və konfrans bu il aprelin 4-dən 7-dək davam edəcək
Turizm
14 Mart , 2017 19:42
Azərbaycanın iş adamları Yaponiyada sərgi və konfransa qatılacaqlar

Bakı. 14 mart. REPORT.AZ/ Yaponiyada XXIX “Təbii qaz, mayeləşdirilmiş təbii qaz” sərgi və konfransı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Aprelin 4-dən 7-dək davam edəcək sərgi və konfrans paytaxt Tokio şəhərində baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər. 

Sərgi və konfransda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi