Azərbaycanın iş adamları Başqırdıstana beynəlxalq konfransa qatılacaqlar

Azərbaycanın iş adamları Başqırdıstana beynəlxalq konfransa qatılacaqlar Konfrans bu il dekabrın 1-dən 2-dək davam edəcək
Turizm
29 Noyabr , 2016 20:53
Azərbaycanın iş adamları Başqırdıstana beynəlxalq konfransa qatılacaqlar

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində beynəlxalq konfrans keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, konfrans bu il dekabrın 1-dən 2-dək davam edəcək.

Konfrans Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və BRIKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin kiçik biznes üzrə ikinci forumunun üzvlərinin iştirakı ilə baş tutacaq. Azərbaycanlı iş adamları və sahibkarlar konfransa dəvət olunublar.

Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi