Azərbaycanda ötən il mehmanxana müəssisələrinin gəlirləri 28% artıb

Azərbaycanda ötən il mehmanxana müəssisələrinin gəlirləri 28% artıb Gəlirlərin 59,6%-i xarici vətəndaşlara göstərilən xidmətlər nəticəsində formalaşıb
Turizm
18 Aprel , 2017 19:33
Azərbaycanda ötən il mehmanxana müəssisələrinin gəlirləri 28% artıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 2015-ci illə müqayisədə 6% artaraq 19 min vahid, birdəfəlik tutum isə 2,5% artaraq 38,2 min yer olub. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya görə, birdəfəlik tutumun 36,7%-i Bakı, 16,3%-i Xaçmaz, 4,5%-i Qusar, 4,1%-i Quba, 3,5%-i Lənkəran, 3,3%-i Gəncə, 3%-i Masallı, 2,2%-i Şamaxı, 2,1%-i Şəki, 2%-i İsmayıllı, 1,8%-i Mingəçevir, 1,6%-i Qax, 1,3%-i Qəbələ və 17,6%-i digər rayonlarda (şəhərlərdə) yerləşən mehmanxanalarda mövcud olub.

Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2015-ci illə müqayisədə 28% artaraq 234,4 mln. manat olub ki, onun 60,7%-i nömrələrin təqdim olunması üzrə xidmətlərdən, 24,6%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1%-i müalicə və sağlamlıq xidmətlərindən, 13,7%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 139,8 mln. manatı (59,6%) xarici vətəndaşlara göstərilən xidmətlər nəticəsində formalaşıb.

Məhsul (xidmət) istehsalına çəkilən xərclər 198,9 mln. manat olub ki, onun 30,4%-ni əmək haqqı xərcləri, 17%-ni içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 9,7%-ni yanacaq və enerji xərcləri, 8,7%-ni əsas fondların amortizasiyası, 7,1%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 3,5%-ni avandanlıq və inventarın alınması xərcləri, 23,6%-ni isə digər xərclər təşkil edib.

Son xəbərlər

Orphus sistemi