Azərbaycanda ilk dəfə restoran işçiləri üçün təlim kursları təşkil olunub

Azərbaycanda ilk dəfə restoran işçiləri üçün təlim kursları təşkil olunub Kurs iştirakçılarına şərabın qoxusuna görə onun keyfiyyətini müəyyən edilməsi üsulları nümayiş olunub
Turizm
6 Dekabr , 2016 16:40
Azərbaycanda ilk dəfə restoran işçiləri üçün təlim kursları təşkil olunub

Bakı. 6 dekabr. REPORT.AZ/ Restoran sahəsində işçilərin peşəkar səviyyəsini artırmaq məqsədilə ilk dəfə Bakı şəhərində yerləşən otellərin restoran işçiləri üçün təlim kursları keçirilir.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, kurslar Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzi, "ASPI AQRO" MMC (SAVALAN şərabçılıq şirkəti) ilə birlikdə təşkil olunub. “Somelye” məktəb layihəsi çərçivəsində "Park İnn" otelində keçirilən kurslar dekabrın 5-də başlayıb və 8-dək davam edəcək. Kurslarda 50 nəfər iştirak edir. 

Somelye kurslarının keçirilməsi üçün Ukraynadan “Master-Klass” somelye məktəbinin rəhbərləri Nikolay Blaqopoluçnıy və Natalya Blaqopoluçnaya dəvət olunub. Kurs iştirakçılarına şərabın qoxusuna görə onun keyfiyyətini, üzümün növünü və bəzən hətta onun hansı regiona məxsus olduğunu, yaşını müəyyən edilməsi üsulları nümayiş etdirilib.

Kursların sonunda şərab mədəniyyəti haqqında bilgilərin əldə edilməsinə görə kurs iştirakçılarına müvafiq sertifikat veriləcək.

Son xəbərlər

Orphus sistemi