Yuxarı

Azərbaycanda daha 3 turizm şirkətinə lisenziya verilib

Bununla da ölkədə lisenziya almış turizm şirkətlərinin ümumi sayı 284-ə çatıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi avqust ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, bu "Butterfly Travel" MMC (Bakı şəhəri, Nərimanov rayonu), "Natali Travel" MMC (Bakı şəhəri, Nərimanov rayonu), "Express-TTS" MMC-dir (Gəncə şəhəri).

Qeyd edək ki, bununla da ölkə ərazisində lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi