Azərbaycan Turizm və Menecment Universiteti konfransların təşkili üçün tender keçirir

Azərbaycan Turizm və Menecment Universiteti konfransların təşkili üçün tender keçirir İddiaçılar tender təkliflərini mayın 16-dək təqdim etməlidirlər
Turizm
5 Aprel , 2017 10:45
Azərbaycan Turizm və Menecment Universiteti konfransların təşkili üçün tender keçirir

Bakı. 5 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti may ayı ərzində tədbirlərin təşkili xidmətinin satın alınması üçün açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender iki lot üzrə keçirilir. Birinci lot “İslam həmrəyliyi və etiqad turizm potensialı”, lot-2 isə “Azərbaycanda multikulturalizm və mədəni müxtəlifliyin turizmin inkişafına təsiri” mövzusunda respublika elmi konfranslarının keçirilməsini nəzərdə tutur.

İştirakçılar lot-1 üzrə 70 manat, lot-2 üzrə isə 80 manat məbləğində iştirak haqqı ödəməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri mayın 3-ü saat 17:00-dək, tender təklifi və bank təminatını isə mayın 16-sı saat 17:00-dək Azərbaycan Turizm və Menecment Universitetinə (Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə) təqdim etməlidirlər.

Tender təklifləri mayın 17-si saat 10:00-da qeyd olunan ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi