Azərbaycan, rus və ingilis dillərində Şəkinin turist xəritəsi hazırlanıb

Azərbaycan, rus və ingilis dillərində Şəkinin turist xəritəsi hazırlanıb Bu xəritənin köməkliyi Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Kiş məbədi və digər məkanlar barədə məlumatlar əldə etmək mümkündür
Turizm
17 Aprel , 2017 17:27
Azərbaycan, rus və ingilis dillərində Şəkinin turist xəritəsi hazırlanıb
Mct.gov.az

Bakı. 17 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Şəkinin turist xəritəsi hazırlanıb. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Şəki rayonuna səyahət edən turistlər bu xəritə vasitəsi ilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilərlər.

Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Bu xəritənin köməkliyi ilə Şəkinin məşhur görməli yerləri – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaray, Kiş məbədi və digər məkanlar barədə məlumatlar əldə etmək mümkündür.

Şəkinin turist xəritəsini ölkədə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Şəkidə fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Masallı, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi